Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır

İran ətrafında davam edən münaqişə yeni mərhələyə keçib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın iki həftəyə yaxın davam edən hava zərbələrini ilk dəfə dayandırmasına baxmayaraq, qarşıdurma Yaxın Şərqdən kənara çıxaraq həm Qırmızı dəniz, həm də Xəzər dənizi istiqamətində genişlənib.
Məlumata görə, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən neft obyektlərinə, o cümlədən Cizan bölgəsindəki Aramco infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Yanbu limanı yaxınlığında da təhlükəsizlik qüvvələri raketləri zərərsizləşdirməyə çalışıb. Səudiyyə Ərəbistanı buna cavab olaraq husilərin mövqelərinə hava zərbələri endirib.
Eyni vaxtda İran Ukraynanı Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etməkdə ittiham edib. Tehran hadisə nəticəsində bir dənizçinin həlak olduğunu açıqlayıb və bunu regionda gərginliyin yeni istiqamətə yayılması kimi qiymətləndirib.
ABŞ isə 13 gecə ardıcıl davam edən hava hücumlarını dayandırıb. Bununla belə, Vaşinqton İrana qarşı tətbiq etdiyi dəniz blokadasının qüvvədə qaldığını bildirib. Reuters yazır ki, qərarın arxasında sursat ehtiyatları, hərbi hazırlıq səviyyəsi, enerji bazarlarına mümkün təsirlər və daha geniş regional eskalasiya riskləri ilə bağlı narahatlıqlar dayanır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












