Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.
Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.
O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mustafa Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












