Müştəri taksi sürücüsünü bıçaqlayıb - Abşeronda
Gündəm
29 Noyabr 2019 10:45

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır
Abşeronda müştəri taksi sürücüsünü bıçaqlayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 28-də rayonun Novxanı kəndində baş verib. Belə ki, Ceyranbatan qəsəbəsində yaşayan, 1989-cu il təvəllüdlü Şənlik Hüseynov özünə məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman “Şah” sarayının qarşısında sərnişin qismində götürdüyü naməlum şəxsi Novxanı kəndində yerləşən ünvana aparıb. Lakin orada gediş haqqı ilə əlaqədar sürücü ilə müştəri arasında mübahisə yaranıb. Daha sonra müştəri Ş.Hüseynovu döş qəfəsindən bıçaqlayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub : 962
DİGƏR XƏBƏRLƏR
7 Sentyabr 2026 23:38
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
7 Sentyabr 2026 21:35
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
7 Sentyabr 2026 20:15
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
7 Sentyabr 2026 15:36
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
7 Sentyabr 2026 14:48
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
7 Sentyabr 2026 14:00
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
7 Sentyabr 2026 13:48
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
7 Sentyabr 2026 13:18
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
7 Sentyabr 2026 11:30
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
7 Sentyabr 2026 10:30
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
7 Sentyabr 2026 09:09
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
7 Sentyabr 2026 08:39
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
ŞƏRH YAZ










