"Mütləq ərazidə avtomobil yükünü təhlil etmək lazımdır" - Nəqliyyat eksperti

Gündəm 15 Sentyabr 2026 18:00
"Mütləq ərazidə avtomobil yükünü təhlil etmək lazımdır" - Nəqliyyat eksperti
WhatsApp kanalımıza abunə olun

"İctimai nəqliyyatın əsas qolu olan avtobusların intensiv və fasiləsiz hərəkəti təmin olunmalıdır. Bir çox ölkələrdə və şəhərlərdə artıq belə qərarlar qəbul olunur ki, birinci növbədə ictimai nəqliyyat və piyadalar, ikinci növbədə isə avtomobillər və digər nəqliyyat vasitələri nəzərə alınır. Ona görə Azərbaycanda da yanaşma artıq bu istiqamətdə formalaşıb".

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, biz də dünyanın bir parçasıyıq və dünyada gedən bu proseslərə qoşulmaya bilmərik. Ümumilikdə, bəli, bu, müəyyən fəsadlar yaradır. İki zolaqlı yolun birini avtobus zolağı etdikdə, təbii ki, bu, digər nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir:

"Amma bu cür qərarlar qəbul edilərkən, düşünürəm ki, mütləq ərazidə avtomobil yükünü təhlil etmək lazımdır. Nəzərə almaq lazımdır ki, gün ərzində həmin yolda nə qədər avtomobil hərəkət edir, nə qədər avtobus işləyir və bu avtobuslardan nə qədər sərnişin istifadə edir. Bax, bu cür təhlillər aparıldıqdan sonra qərarlar qəbul olunsa, daha yaxşı olar".

Oxunub : 78
ŞƏRH YAZ
Ad

E-mail

Şərh