“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir...

Noyabrın 12-də Səbail rayonunda yerləşən M.Rəhim adına 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Narkotiklərlə Mübarizə idarələrinin təşkilatçılığı ilə baş tutan tədbirdə Səbail Rayon Polis İdarəsinin aidiyyəti əməkdaşları da iştirak edib.
Tədbirdə İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elçin Səfərov və Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emil Cavadov çıxış edib.
Tədbir iştirakçılarına daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı keçirilən əməliyyat tədbirləri barədə məlumat verilib. Bildirilib ki, bu bəlanı yayanlara qarşı qanunla müəyyən edilmiş çərçivədə qətiyyətli mübarizə aparılır, eyni zamanda, yeniyetmələri, gəncləri narkomaniyadan qorumaq məqsədi ilə maarifləndirici tədbirlər keçirilir.
Polis əməkdaşları gənclərə pis vərdişlərdən və narkotik vasitələrin toruna düşən şəxslərdən uzaq durmalarının zəruriliyini izah ediblər, diqqətlərini yalnız təhsilə, elmə yönəltmələri, vətənpərvər və sağlam yaşamaq üçün düzgün seçim etmələri barədə tövsiyələr veriblər.
Tədbirin sonunda məktəb direktoru Könül Həsənova narkomaniya haqqında ətraflı məlumat verdiklərinə görə polis əməkdaşlarına kollektiv adından minnətdarlığını bildirib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











