Narkotik vasitə satan dəstə üzvləri saxlanılıblar - FOTO

Xaçmazda narkotik vasitə satan dəstə üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin dövriyyədən çıxarılıb.
Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 65 yaşlı Telman Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar olunub.
Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini T.Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri ifşa edilib.
Araşdırmalarla onların Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov olduqları məlum olub. Həmin şəxslər Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində saxlanılaraq Xaçmaz RPŞ-nə gətiriliblər. Üzərlərində aparılan şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...














