Narkotikin təsiri altında maşın sürən və oğurluqla məşğul olanlar saxlanılıb - FOTO

Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evlərdən birindən oğurluq edilib. Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. Cəlilabad Rayon Polis Şğöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. Belə ki, əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Emin
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş














