Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin “Mühafizə Şöbəsi haqqında Əsasnamə” təsdiqlənib. Oxu.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əmr imzalayıb. Əmrlə qərara alınıb ki, Əsasnamə Şərur rayon mühafizə bölməsi və Culfa rayonlararası mühafizə bölməsi xidmətlərinin fəaliyyətində rəhbər tutulsun. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2003-cü il tarixli, 23 nömrəli əmri ilə təsdiqlənmiş əsasnamə ləğv edilib.
Mühafizə Şöbəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsidir. Şöbə müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edir.
Xatırladaq ki, Naxçıvanın Daxili İşlər naziri F.Ələkbərov sələfi Əhməd Əhmədovun qərarını ləğv edib. Ə.Əhmədov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 16 iyun 2000-ci il tarixli fərmanı ilə Daxili İşlər naziri təyin olunmuşdu. O, Ali Məclis Sədrinin 28 iyul 2017-ci il tarixli sərəncamına əsasən, vəzifəsindən azad edilib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












