Nazir müavini və generalın qohumunun məhkəməsinin vaxtı açıqlandı

Bakıda xuliqanlıqda təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 24-nə təyin edilib. Cinayət işinə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. Cinayət işində dörd zərərçəkmiş var. Hadisə bu ilin may ayında axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Məlumata görə, Bakı sakini Əzizov İsa Nadir oğlu və yanında olan digər şəxslər bir neçə nəfərə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb. İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb. Hadisənin digər iştirakçıları ilə bağlı cinayət işləri ayrıca icraatda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO










