Nazir Vilayət Eyvazov DİN-in əsaslı təmir olunmuş məktəbində olub - FOTO

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılmış əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunmuş mərasim keçirilib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, Nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib.
Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Tədbirin yekununda Daxili İşlər naziri V. Eyvazov inzibati binanın akt zalında məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.
Nazir müşavirədə bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünya görüşünə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq edəcəklərinə əminliyini bildirib.
Nazir məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib. Sonda məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.
Namiq

İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











