Nazirlik ağac kəsintisinə görə Dövlət Agentliyini cərimələyib

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. ETSN-dən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.
Faktla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.
Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












