Neft Emalı Zavodunda yenidənqurma işləri 2025-ci ildə başa çatacaq - VİDEO

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
O deyib ki, xarici şirkətlər tərəfindən zavodda ətraflı təhlil aparılandan sonra mövcud infrastrukturun 90 faizə yaxın hissəsinin istismar müddətini başa vurmaq üzrə olması müəyyənləşib. Odur ki, zavodda yenidənqurma və modernizasiya işlərinin aparılması qərara alınıb. Onun sözlərinə görə, zavodun 2021-ci ildə planlaşdırdığı Avro-5 standartlarına uyğun yanacaq istehsalında ləngimə olmayacaq. Hazırda iki qurğusu yenilənən zavodda 2025-ci ildə 24 yenilənmiş qurğu fəaliyyət göstərəcək. Bu isə zavodun iş rejimi təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda, onun istehsal gücünün də artmasına səbəb olacaq.
Nihal Allahverdiyev onu da bildirib ki, artıq emal zavodunun yenilənməsi ilə bağlı işlərin icrasında bir neçə istiqamətdə önəmli irəliləyiş əldə edilib.
Zavodda yenilənməsi başa çatdırılan qurğular isə bitum və maye qaz qurğularıdır.
Hazırda icrası davam etdirilən yenidənqurma işlərinin maliyyə dəyəri də bəllidir. Ancaq 2021-2025-ci illərdə 7 əlavə qurğunun quraşdırılması ilə bağlı olaraq bu məbləğ daha da arta bilər.
Qeyd edək ki, zavodda yenidənqurma işlərini İngiltərə, İtaliya və İspaniyanın bu sahədə ixtisaslaşmış şirkətləri icra edir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











