Nənə və nəvəsini avtomobillə vurub qaçan sürücünün məhkəməsi başlayır

Bakıda iki nəfəri avtomibillə vurub hadisə yerindən qaçan sürücü Xaləddin Cəmilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Mehriban Qarayevanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə bu il mayın 6-da Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulub. Sürücü hadisə yerini tərk edib. Hər iki piyada xəstəxanaya yerləşdirilib.
DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Qəbələ RPŞ-nin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini Xaləddin Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 263-1.2Y (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










