Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI

Nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin artması Azərbaycanın tranzit imkanlarını və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, ölkənin Şərq-Qərb və Şimal-Cənub marşrutlarında mövqeyini gücləndirməsi fonunda nəqliyyat sektorunun iqtisadiyyata verdiyi töhfənin daha da artırılması imkanları müzakirə olunur.
Bəs nəqliyyat xidmətləri üzrə gəlirlərin artması Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsinə necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir ki, bir çox layihələrin, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərinin aktiv iştirakçısı kimi nəqliyyat xabına, yəni mühüm nəqliyyat qovşağına çevrilməyi hədəfləyir:

"Bu istiqamətdə Bakıdakı əsas limana, dəmir yolu və avtomobil yolları infrastrukturuna yüz milyonlarla investisiya qoyulub ki, Azərbaycan gələcəkdə nəqliyyat xabı kimi daha mühüm rol oynasın. Bu, uğurlu investisiya olub. Çünki hazırda dünyada yeni koridorlara, nəqliyyat dəhlizlərinə və nəqliyyat marşrutlarına ciddi ehtiyac var. Bu baxımdan Azərbaycanın doğru istiqamətdə irəlilədiyini demək olar. Quru sərhədlərinin açılması ilə yanaşı, nəqliyyat xidmətlərinin yalnız yükdaşımalarla məhdudlaşmaması, sərnişindaşımada da yeni imkanların yaradılması mümkündür”.
İqtisadçı əlavə olaraq qeyd edib ki, Xəzər dənizində kruizlərin təşkili, avtobus turlarının həyata keçirilməsi də nəqliyyat xidmətlərinin bir istiqamətidir və iqtisadiyyata ciddi fayda verə bilər:
“Bundan başqa, nəqliyyat parkının yenilənməsinə, yeni yük avtomobillərinin alınmasına və yeni logistik şirkətlərin yaradılmasına ehtiyac yarana bilər. Bunlar da əsas prioritetlərdən olmalıdır. Digər mühüm məsələ isə qonşu ölkələrlə tranzit keçidlərinin və gömrük prosedurlarının, o cümlədən rüsumların razılaşdırılmasıdır. Bu, yüklərin sərhədlərdən daha sürətli və gecikmədən keçməsinə imkan verə bilər".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












