Nəqliyyat problemləri müzakirə olundu

“Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə rəsmi açılış iclası keçirilib.
Bakıda baş tutan görüşdə Beynəlxalq Nəqliyyat Forumu, həmçinin İqlim, Ətraf Mühit və Enerji üzrə “Wuppertal” İnstitunun nümayəndələri də qatılıblar. Eyni zamanda iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin müvafiq şöbə və qurumlarının, Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, SOCAR-ın, Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetlərinin nümayəndələri və UNDP-nin EU4Climate layihəsi üzrə nümayəndəsi iştirak edib.
Beynəlxalq Nəqliyyat Forumu tərəfindən 2019-2022-ci illər ərzində keçiriləcək "İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası" adlı layihə Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi, Tikinti və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir. Məqsəd 4 ölkə - Azərbaycan, Argentina, Hindistan və Mərakeşdə iqlimlə bağlı hədəf və öhdəliklərin yerinə yetirilməsi üçün nəqliyyat sahəsində proqramların hazırlanmasına köməklik göstərilməsidir.
Bu gündən 15 noyabr tarixinə qədər Azərbaycanda mövcud nəqliyyat problemləri və nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində görülən işlərə dair aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Beynəlxalq Nəqliyyat Forumunun üzvüdür. Bu layihədə iştirak "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi" üzrə öhdəliklərin yerinə yetirilməsinə müsbət töhfə verəcək.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











