Nəqliyyat sektorunda yük daşımaların həcmi artıb

2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 2,7%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 64,1%-i avtomobil nəqliyyatı, 26,8%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9% təşkil edib. 2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul ayları ərzində 8,2 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,4%, sərnişin daşınmasında isə 26% artım müşahidə olunub. Orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.
Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul aylarında daşınan yüklərin həcmi 3563,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% azalıb. Yüklərin 34,1%-i neft yükləri təşkil edib. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1% artaraq 11,2 min nəfər olub.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










