Banner

"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO

Gündəm 5 Noyabr 2026 18:25
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Noyabrın 5-i Qarabağ Dirçəliş Fondu və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə Bakı metrosunun “Nərimanov” stansiyasında Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisinin açılışı olub.

Avtosfer.az xəbər verir ki, fondun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabında yer alan materiallar əsasında təşkil olunan fotosərgidə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, tarixi-mədəni irsin bərpası, eyni zamanda Qarabağın füsunkar təbiəti və nadir flora-faunasını əks etdirən fotolar nümayiş edilir.

“Nərimanov” stansiyasının hər iki keçidində təşkil olunan fotosərgi paytaxt sakinləri və şəhərimizin qonaqlarına Qarabağın bugünkü mənzərəsi ilə tanış olmaq, regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini və əldə olunan nailiyyətləri əyani şəkildə görmək imkanı yaradır.

Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirilən bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin dirçəlişinin təbliğinə, Azərbaycanın bərpa və quruculuq təcrübəsinin geniş auditoriyaya çatdırılmasına, həmçinin Qarabağın mədəni irsinə və təbiətinə ictimai marağın artırılmasına xidmət edir.

Sərgi çərçivəsində təqdim olunan fotoların üzərində yerləşdirilmiş QR kodları skan etməklə ziyarətçilər Fondun rəsmi internet səhifəsi vasitəsilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri haqqında daha ətraflı məlumat əldə edə, eyni zamanda bu prosesə dəstək olmaq üçün ianə edə bilərlər. Beləliklə, fotosərgi ziyarətçilərə Qarabağın dirçəliş hekayəsi ilə tanış olmaqla yanaşı, regionun gələcək inkişafına öz töhfələrini vermək imkanı da təqdim edir.

Xatırladaq ki, bu, Fondun Bakı Metropoliteni ilə birgə təşkil etdiyi ikinci sərgi layihəsidir. Belə ki, erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin 90-a yaxın fotosundan ibarət olan “Qarabağda Urbisid” fotosərgisi də uzun müddət “Nərimanov” stansiyasında nümayiş etdirilib.

Səfər

YouTubehttps://www.youtube.com/watch?v=5eL-vuRP6ek

 

 

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh