Nəsimi yaradıcılığının rəsmlərdə inikası

“İçərişəhər” stansiyasının vestibülündə “Bakı Metropoliteni” QSC-nin daha bir fərqli sosialyönümlü layihəsi gerçəkləşib. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan dahi Azərbaycan mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə sərgi təşkil olunub.
Sərgidə yaradıcılığı ilə elmi-ədəbi fikrin diqqət mərkəzində olan mütəfəkkirin zəngin irsini əks etdirən rəsm əsərləri nümayiş etdirilib. Sərgi tamaşaçılarına təqdim edilən 14 rəsm əsərinin müəllifləri də məhz universitetin nəzdində fəaliyyət göstərən yaradıcılıq mərkəzinin istedadlı tələbələridir.
Tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə geniş şəkildə keçirilən tədbirlər kimi UNEC ilə birgə təşkil edilən bu sərginin də böyük əhəmiyyətə malik olduğunu bildirib. Çünki sərgi gələcək həyatı heç də birbaşa rəssamlıqla bağlı olmayacaq gəncliyin nümayəndələrinin əl işlərindən ibarətdir. Bunu həm mütəfəkkirin yaradıcılığına, həm də Azərbaycanın zəngin mədəni irsinə adi vətəndaş və ziyalı baxış bucağı adlandırmaq olar. Sərgidə bir-birindən fərqli, müəllifinin də dünyasını aşkar edən 14 rəsm nümunəsi olduğunu deyən Bəxtiyar Məmmədov sərnişinlərin marağı sayəsində sərginin həm də istedadlı gənclərə yaradıcılıq, həyat stimulu olacağına əminliyini ifadə etdi. O, İqtisad Universitetinin nəzdində yaradıcılıq mərkəzinin fəaliyyət göstərməsini tələbə gənclərin yaradıcı potensialının müəyyən edilməsi və inkişaf etdirilməsinə, geniş ictimaiyyətə tanıdılmasına və yeni nəsil arasında elmi-mədəni dəyərlərin təbliğinə təqdirəlayiq addım adlandırıb.
UNEC-in marketinq və kommunikasiya departamentinin direktoru Xaliq Əliyev bu layihədə onlara dəstək olduğu üçün “Bakı Metropoliteni” QSC rəhbərliyinə dərin minnətdarlığını bildirərək, dahi Azərbaycan şairinin yaradıcılığının daha dərindən öyrənilməsi, tanınması üçün atılan bu addımı tələbə gənclər üçün də böyük dəstək olduğunu qeyd edib. Gənclərin belə sosialyönümlü layihələrdə iştirakı, universitetlərin ədəbi mühitə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb. O, sərnişinlərin bu layihədən məmnun qalacağına əminliyini bildirib və bu diqqəti həm də gənclərə bir stimul adlandırıb.
UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov yaradıcı gənclərin "Nəsimi ili"nə xüsusi layihələrlə hazırlaşdığını qeyd edib. Bu mənada gənclərin təxəyyülünün obrazlı sənət dilinə çevrilməsində dizayn kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Məmmədovanın da böyük əməyi olduğunu və gənclərin daim peşəkarlardan məsləhətlər alaraq, püxtələşdiklərini vurğuladı. Sərgi zamanı yaradıcılıq mərkəzinin teatr truppasının dahi şairin yaradıcılığını zamanın süzgəcindən keçirməklə tarixi orazlarla canlandıran "Nəsimi" tamaşasından bir parçanın da səsləndiriləcəyini qeyd edən Elman Cəfərov ötən həftə bu gənclərin tamaşanı böyük uğurla Ankara səhnəsində ifa edərək, alqışlara layiq görüldüklərini də vurğuladı.
Sərgidə əsərləri nümayiş etdirilən gənc istedadlar da tamaşaçıları salamlayaraq onlara belə bir şəraiti yaratdığı üçün “Bakı Metropoliteni” QSC rəhbərliyinə təşəkkürlərini bildiriblər. Geniş şəkildə qeyd edilən İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində keçirilən belə bir layihədə iştiraklarını mühüm addım kimi qiymətləndiriblər.
Stansiyada keçirilən sərgi həm sərgi iştirakçılarının, həm stansiyanı ziyarət edən sərnişinlərin böyük marağına səbəb olub. Nəsiminin həyat və yaradıcılığının rəsmlərlə inikası tamaşaçılara əsl zövq bəxş edib.
Sərginin gedişində yaradıcılıq mərkəzinin hazırladığı "Nəsimi" tamaşasından bir fraqment, dərviş musiqisinin müşayiəti ilə Nəsimi qəzəlləri səsləndirilib.
Gənclər rəsm əsərləri ilə maraqlananlarla söhbət edib, çəkdikləri əsərlərin mövzusundan və tətbiq etdikləri texnikadan danışıb, həvəs göstərənlərə tövsiyələrini də veriblər.
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










