Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ

2026-cı ilin arxada qoyduğumuz son rübündə Ermənistanda baş verən hadisələr bütövlükdə dünyanın gündəmindədir. Əvvəlcə ölkədə hakimiyyət uğrunda gedən mübarizə fonunda kilsə və iqtidar arasındakı münaqişələr, daha sonra bir sıra siyasi partiya nümayəndələrinin həbsi, daha sonra Paşinyanın yenidən baş nazir seçilməsi fonunda baş verənlər Ermənistanda əhalinin bir çox mənada fəallaşmasına gətirib çıxardı. Əhalinin bu fəallığı xarici dairələrin Ermənistan hökuməti üzərindəki təzyiqləri artırmasına gətirib çıxardı.
Avtosfer.az xəbər verir ki, Ermənistana bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ABŞ və Avropa Birliyinin təzyiqləri sonda köçəryanın həbs edilməsinə gətirib çıxardı. Köçəryanın həbsi və Ermənistanda baş verənlərlə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanda həbsdə olan əziz dostu Robert Köçəryanı anadan olması münasibətilə təbrik etdikdən bir gün sonra eks-prezidentin ermənilərə məktubu yayımlanıb. Köçəryan məktubda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” cümləsini işlətməklə xalqı seçkilərdə qələbə çalan baş nazirə qarşı faktiki üsyana çağırıb. Köçəryan anlayır ki, böyük korrupsiya itthamlarıyla bağlı üzləşdiyi ittihamlara görə həyatının sonuna qədər həbsxanadan çıxmaya bilər. Ona görə də o üsyan çağırışlarına üstünlük verib. Yəqin Putinin ad günü təbriki də Köçəryanı “həvəsləndirib”.

“Nikol Paşinyan Putinin Köçəryana davamlı təbrik məktublarından çəkinsəydi, eks-prezidenti həbsə yollamazdı. Putin hələ aylar öncə medianın gözü önündə Paşinyanı bu sözlərlə xəbərdar etmişdi: “Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiqdən imtina et!”. Paşinyan doğru olaraq bu çağırışı da qulaqardına vuraraq Kremlin dəstək verdiyi liderlərin tamamını həbsxanaya göndərdi. Yəni, Paşinyan Putinin hədələrindən çəkinmir. Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına qoyduğu qadağalar da işə yaramadı. Radikallar həbsdə olduğundan Kremlin Ermənistanda xaos yaradacaq yeganə alternativi erməni ordusundakı casus zabitləridir. Bəlkə onlar Kremlin əmri ilə Paşinyanı devirmək istəyələr. Ancaq Vaşinqton və Brüssel bu ehtimalı da nəzərə alaraq Rusiyanın Ermənistanla bağlı kəşfiyyat planlarını Paşinyanla bölüşürlər.
Nikol Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır. Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir. Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş və müzakirələr sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır”.
Səfər
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












