Oğurluq, soyğunçuluq və dələduzluq edib tutuldular - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq, soyğunçuluq və dələduzluq əməlləri törədərək vətəndaşlara maddi ziyan vuran şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Heydərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə məlum olub ki, K.Heydərov dekabrın əvvəlində rayonun Barlı kəndi ərazisində Əvəz Məmmədova məxsus “QAZ 53” markalı yük avtomobilinin ehtiyat hissəsini oğurlayaraq Xaçmaz rayonu ərazisində metal qəbulu məntəqəsinə satıb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində taksi sürücüsünün etibarından istifadə edərək ona məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirən şəxs də saxlanılıb. Araşdırmalarla onun Xaçmaz rayon sakini Firdovsi Hacıqayıbov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs sürücüyə qarşı soyğunçuluq etdiyini etiraf edərək, əldə etdiyi mobil telefonu Bakı şəhərində satdığının bildirib.
Həmçinin keçirilmiş tədbirlərlə vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini Tural Quluzadə də saxlanılıb. Məlum olub ki, T.Quluzadə elan saytlarında qiyməti 1000 manatdan artıq olan mobil telefonu dəyərindən daha ucuz qiymətə – 700 manata satılması barədə elan yerləşdirib. Daha sonra isə ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gələn T.Quluzadə, alıcıdan telefonu almaq üçün beh göndərməsini tələb edərək ona bank hesab nömrəsi tədqim edib, alıcı tərəfindən beh göndərildikdən sonra isə T.Quluzadə zərərçəkmişin telefon zənglərinə cavab verməyərək onunla əlaqəni kəsib.
Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Fərid
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI











