Oksigen xətlərini sökərək satıblar - Füzulidə səhiyyə qalmaqalı

Füzuli Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Natiq Şükürov ölkə səhiyyəsi ilə bağlı ciddi və diqqətçəkən iddialarla çıxış edib.

Natiq Şükürov
Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, o, xüsusilə Füzuli Diaqnostika Mərkəzinin fəaliyyətinin dayandırılması və infrastrukturunun dağıdıldığını bildirib. Şükürov qeyd edib ki, mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb və uzun illər ərzində yüksək səviyyəli tibbi xidmət göstərib. Onun sözlərinə görə, deputat və ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə burada bir neçə dəfə ödənişsiz açıq ürək əməliyyatları həyata keçirilib. Ümumilikdə onlarla xəstə, o cümlədən anadangəlmə ürək qüsuru olan uşaqlar uğurla əməliyyat olunub.
Keçmiş direktor vurğulayıb ki, bu cür əməliyyatların aparılması üçün yüksək texniki təchizata malik cərrahi blok və reanimasiya şöbəsi mövcud olub. Həmin infrastrukturun 44 günlük Vətən müharibəsi zamanı da mühüm rol oynadığını deyən Şükürov iddia edir ki, mərkəzdə minə yaxın ağır yaralı hərbçi əməliyyat olunaraq xilas edilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olduğu dövrdə bu imkanlar qorunub saxlanılıb. Lakin daha sonra idarəetmə İTS və TƏBİB-ə keçdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.
Şükürov iddia edir ki, hazırda həmin cərrahi blok tamamilə yararsız vəziyyətə salınıb. O, hətta divarlardan oksigen xətləri üçün çəkilmiş mis boruların sökülərək satıldığını, reanimasiya şöbəsinin və əməliyyat blokunun isə anbar kimi istifadə edildiyini bildirib.

Keçmiş direktor bu prosesi “səhiyyəyə vurulan dağıdıcı zərbə” kimi qiymətləndirib və məsul şəxslərin Zaur Əlİyevin, Hikmət İbrahimlinin və Vüqar Qubanovun fəaliyyətini sərt şəkildə tənqid edib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı TƏBİB və digər adı çəkilən qurumların mövqeyi hələlik açıqlanmayıb.
Adı çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











