Ölkədə sərnişinlər ən çox hansı nəqliyyat vasitəsi ilə daşınıb?

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda 12 milyard 816.6 milyon manatlıq xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.
"Hesabat dövründə nəqliyyat sektorunda 183.1 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 3 faiz artım deməkdir. Sərnişin daşımalarının həcmi isə 1 milyard 771.3 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7 faiz artıb. Yük daşımalarında avtomobil nəqliyyatı üstünlük təşkil edib. Belə ki, daşınan yüklərin 63.5 faizi avtomobil, 25.1 faizi boru kəməri, 7.6 faizi dəmir yolu, 3.6 faizi dəniz, 0.2 faizi isə hava nəqliyyatının payına düşüb.
Sərnişin daşımalarında da əsas pay avtomobil nəqliyyatına məxsus olub. Sərnişinlərin 90.5 faizi avtomobillərlə, 8.8 faizi metro ilə daşınıb. Qalan hissə isə digər nəqliyyat növlərinin payına düşüb", - deyə məlumatda vurğulanıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












