Ölkədə yayılan xəstəlik mövsümi qripdir, yoxsa yeni bir virus? - İNFEKSİONİSTDƏN AÇIQLAMA

Son həftələrdə əhali arasında sürətlə yayılan xəstəlik cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bir çox insanda, xüsusən də azyaşlılarda yüksək qızdırma, davamlı öskürək, boğaz ağrısı və halsızlıq müşahidə edilir. Bəzi hallarda isə dad və qoxu hissinin azalması və ya itməsindən danışılır. Bu əlamətlər insanların beynində sual yaradır: görəsən, bu xəstəlik sadəcə mövsümi qripdir, yoxsa daha ciddi bir virus infeksiyası ilə qarşı-qarşıyayıq?

Bununla bağlı infeksionist Mərdan Əliyev Avtosfer.az-a bildirib ki, bu xəstəlik kəskin respirator virus infeksiyaları qrupuna daxildir.
“Uşaqlar arasında yayılan bu xəstəlik yüksək qızdırma ilə müşahidə olunur. Boğaz vəziləri, yəni tonzillalar şişir, qızarır, iltihablanır və bəzən üzəri ağ ərplə örtülür. Öskürək, burun tutulması və burun axması da müşahidə olunur. Qrip özü ağır gedişli bir xəstəlikdir və qrip virusu bəzən dad və qoxu hissinin itməsinə səbəb olur. Lakin bu əlamət yalnız koronavirus infeksiyasına xas deyil. Digər virus infeksiyalarında da dad və qoxu itkisi müşahidə oluna bilər. Bu viruslar arasında adenovirus da var və o da ağır keçə bilər. Respirator sinsitial virus infeksiyası da mövcuddur və bu infeksiya da uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunur. Ümumilikdə bunlar qripəbənzər xəstəliklər adlandırılan kəskin respirator virus infeksiyaları qrupuna daxildir. Bakterial infeksiyaların əsas fərqi ondan ibarətdir ki, virus infeksiyalarında rast gəlinən burun axması və qripəbənzər əlamətlər burada ya çox zəif olur, ya da ümumiyyətlə müşahidə edilmir. Daha çox burun tutulması ola bilər ki, bu da xüsusilə axşam saatlarında adenoidlərin şişməsi ilə əlaqədar olur. Burun axmasının olmaması bakterial infeksiyaya işarə edə bilər”.
İnfeksionistin sözlərinə görə, bu xəstəliklər mövsümi xarakter daşıyır və əsasən payız–qış aylarında müşahidə olunur. Uşaqlar bu infeksiyalara tez-tez yoluxurlar. Əsas məsələ xəstəliyin düzgün idarə olunmasıdır. Düzgün idarə edildiyi halda ciddi təhlükə yaratmır:
“Düzgün idarə etmək dedikdə, bol maye qəbulu nəzərdə tutulur. Uşağa su, çay və digər mayelər bol şəkildə verilməli, qızdırma yüksəldikdə qızdırmasalıcı dərmanlardan istifadə olunmalıdır. Uşağı soyuğa vermək olmaz, lakin qızdırması olan uşaq sərin otaqda saxlanılmalıdır. Yatarkən üzəri qalın örtülməməli, geyimi nazik və rahat olmalıdır. Bu, qızdırmanın daha rahat düşməsinə kömək edir. Ehtiyac olduqda boğaz üçün spreylərdən istifadə edilə bilər, lakin bütün bu tədbirlər həkim məsləhəti ilə aparılarsa daha məqsədə uyğun olar”.
Nurcan Babək
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











