Ölkəmiz də qalibdir, polisimiz də...

Noyabrın 22-dən 24-dək “Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. 24 ölkədən 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib. Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, İran yığması isə üçüncü yerə layiq görülüblər. Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Tural Əliyev üçün də bu yarış uğurlu olub. O, yarışın əvvəlindən uğurlu start götürərək çəkisi 85 kiloqramadək olan idmançıların mübarizəsində ard-arda Gürcüstan, Ukrayna və İran idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Baş mükafatın taleyi uğrunda Pakistan idmançısı ilə keçirilən həlledici qarşılaşmada təmsilçimiz rəqibini məğlub edərək növbəti dəfə dünya çempionu adına sahib olub.
Qeyd edək ki, təmsilçimiz məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. T.Əliyev İslam Oyunlarının gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.
Emin
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













