Ölkənin ilk ödənişli yolunda nə baş verir? - FOTO

Azərbaycanın ilk ödənişli yolu kimi inşa edilən Bakı-Ələt-Astara-İran sərhədi yolundan istifadə edən yük avtomobillərinin sayı artıb. Minik avtomobili sürücüləri yük avtomobili sürücülərinin maşını həddən artıq yüksək sürətlə idarə etdiyini, bunun təhlükə yaratdığını bildiriblər. Yoldan istifadənin hələ ödənişsiz əsaslarla həyata keçirildiyini deyən sürücülər hesab edir ki, əgər yol ödənişli olsa, yük avtomobillərinin hərəkəti nisbətən azalar.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Ələt-Astara yolu ümumi istifadədə olan yoldur: “Sözügedən yolda heç bir nəqliyyat vasitəsinin hərəkətinə qadağa yoxdur. Bu istiqamətdə yükdaşımada normanı aşma yoxdur. Olsa belə, çoxluq təşkil etmir. Ona görə də avtomobil sürücülərinin narahatlığına heç bir əsas yoxdur”.
Mövzunu şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda son günlər yük avtomobillərinin hərəkəti həqiqətən də artıb: “Yük avtomobilləri adətən tutumundan artıq yükləndikdə yola zərər verir və sıradan çıxarır. Buna nəzarət etmək lazımdır ki, yük avtomobilləri normadan artıq yüklənmiş halda həmin yoldan istifadə etməsin. Sözügedən yol kifayət qədər keyfiyyətlidir. Yük maşınları asanlıqla o yolu sıradan çıxara bilməz. Ancaq təbii ki, nəzarət edilməlidir”.
E.Muradlı vurğulayıb ki, yük avtomobili sürücüləri maşını həddən artıq yükləməməyə xüsusi diqqət yetirməlidir.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










