Ölümcül virus yayıldı – ÜST-dən TƏCİLİ açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yoluxmaları ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı mediaya məlumat verərək bildirib ki, indiyədək gəmi ilə əlaqəli 8 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü ölümlə nəticələnib.
Məlumata görə, 8 nəfərdən 5-də hantavirus laborator şəkildə təsdiqlənib.
ÜST rəhbəri qeyd edib ki, aşkarlanan virus növü “Andes virusu”dur. Bu virus hantavirus növləri arasında insanlar arasında məhdud şəkildə ötürülə bilməsi ilə tanınır və əsasən yaxın və uzunmüddətli təmas zamanı yayılır.
O, vəziyyətin ciddi olduğunu bildirsə də, ÜST-ün hazırda ictimai sağlamlıq riskini aşağı qiymətləndirdiyini vurğulayıb. “İnkubasiya müddətini nəzərə alsaq, yaxın həftələrdə yeni yoluxma hallarının aşkarlanması mümkündür”, - deyə o bildirib.
Qeyd olunub ki, ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir sıra ölkələrlə sıx əməkdaşlıq edir. Təşkilatın əsas prioritetləri yoluxmuş şəxslərin müalicəsinin təmin olunması, gəmidəki digər sərnişinlərin təhlükəsizliyinin qorunması və virusun daha da yayılmasının qarşısının alınmasıdır.
ÜST mayın 2-də hadisə barədə məlumat aldıqdan sonra bir sıra addımlar atıb. Təşkilatın ekspertlərindən biri kruiz gəmisinə göndərilib və sərnişinlərlə ekipaj üzvlərinin tibbi qiymətləndirilməsi aparılır.
Bundan əlavə, diaqnostik imkanların gücləndirilməsi məqsədilə Argentinadan 2500 test dəsti 5 ölkənin laboratoriyalarına göndərilib.
ÜST həmçinin sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə gəmidən endirilməsi və sonrakı səfərlərinin təşkili ilə bağlı xüsusi təlimatlar hazırlayır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












