Onlar başqa ad altında efirə qayıda bilərlər? - FOTO

Ötən gün televiziyalarda bir neçə məşhur verilişin bağlanması ilə bağlı xəbər ictimaiyyətdə ciddi rezonans yaratdı. Bunlar demək olar ki, oxşar məzmunlu, illərdir bayağı olduğu vurğulanan, etik normalar gözlənilməyən, barələrində tənqidi materiallar dərc olunan Xəzər TV-də “Təsir dairəsi”, ATV-də “Bizimləsən”, “Rəngarəng”, ARB-də isə “Səni Axtarıram” və “Həmin Zaur” verilişləridir.
Avtosfer.az xəbər verir ki, verilişlərin bağlanması ilə bağlı xəbərlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və sözügedən qərarın çoxdan verilməli olduğu, hətta gecikdirildiyi barədə rəylər yazılır.
Bu proses təxminən bir neçə həftə əvvəl Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” və Tarix Əliyevin “Space” TV-dəki “Tarixin bir günü” verilişlərinin efir yayımlarının dayandırılması ilə başlandı. İndiyədək daha çox gəlir əldə etmək və izləyici qazanmaq üçün kimi gəldi efirə çıxaran bəzi televiziya verilişlərinə bir sıra müğənnilərlə bağlı qeyri-rəsmi qadağa qoyulduğu, hətta arasında xeyli tanınmış müğənninin də yer aldığı qara siyahıların ortaya çıxdığı deyilirdi.
Nəticədə isə Zaur Baxşəliyev, Zaur Kamal, Zaur Nəbioğlu, Xoşqədəm Hidayətqızı və Lalə Azərtaşın aparıcısı olduğu, yuxarıda sadaladığımız verilişlər bağlandı.
.jpg)
Hamıya məlumdur ki, bu verilişlərin əksəriyyətində oxşar kontingent iştirak edir, aşağı məişət mövzuları, qeyri-etik, bayağı, təhqiramiz görüntülərlə müşayiət olunan mövzular ictimai müzakirəyə çıxarılır. Bir-birini döyən, söyən, təhqir edən, süni şəkildə təşkil olunan, şişirdilən səhnələrlə insanların aldadıldığı deyilirdi.
Bu arada əlavə edək ki, televiziyalar tərəfindən verilən bu qərar şok effekti yaratmaqla yanaşı, həm də müsbət qarşılanıb.
Telekanallar bunu özlərinin daxili qərarı olması ilə izah edirlər. Lakin rəsmi qurumlar televiziyalara dəfələrlə belə verilişlərin bağlanması deyil, onların formatının dəyişdirilməsini tövsiyə edib. İrad bildirilib ki, belə verilişlərə nəzarət olunsun, bəzi nöqsanlar aradan qaldırılsın, dəyişdirilsin. Lakin görünür, televiziyalar belə verilişlərin bağlanması yolunu daha məqbul sayıblar.
Kanal rəhbərləri sözügedən verilişlərin həmin televiziyaların saxlanılmasında böyük rol oynadığını tez-tez vuruğulayıblar. Hətta belə fikirlər yayılırdı ki, televiziyalar o verilişlərin hesabına ayaqda qalır. Əlbəttə, qazanılan hansısa vəsaitə görə televiziya kimi böyük auditoriyası olan, geniş kütləyə xitab edən qurumların bu cür bayağılığa getməsi də çıxış yolu deyil.
İndi bu məqamda əsas sual ortaya çıxır. Sözügedən aparıcılar qısa müddət sonra oxşarməzmunlu verilişlə, başqa ad altında efirə qayıtmayacaq ki? Yoxsa bu doğrudan da, islahat, irəliyə doğru atılmış bir addımdır.../qafqazinfo
.jpg)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










