Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR - VİDEO

Son zamanlar vətəndaşlara karqo şirkətlərinin və ya "Azərpoçt"un adından intensiv şəkildə saxta mesajlar göndərilir. "Bağlamanızı çatdırmağa çalışdıq, lakin uğursuz oldu", "Bağlamanız gözləmədədir" kimi çağırışlarla istifadəçilər naməlum linklərə yönləndirilirlər. Həmin linklərə daxil olduqda isə vətəndaşların bütün fərdi məlumatları ələ keçirilir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə açıqlama verən kibermütəxəssis Sona Talıbova vətəndaşları diqqətli olmağa çağırıb:
"Mütləq bu mesajın hansı nömrədən gəldiyinə baxmaq lazımdır. Əgər bir səhv edib həmin linklərə keçid etmisinizsə, dərhal aidiyyəti karqo şirkəti ilə əlaqə saxlamalısınız. Çünki belə linklərin içərisində istifadə etdiyiniz telefona zərər verə biləcək fayllar və proqramlar ola bilər.
Dördrəqəmli nömrələrdən edilən zənglərə gəlincə, bu zaman çox vaxt tanınmış böyük şirkətlərin adından istifadə olunur. Burada məqsəd şəxsi məlumatları, məsələn, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya kredit kartınızın üzərindəki rəqəmləri ələ keçirməkdir. Heç bir halda bu məlumatları ötürməyin. Əgər şirkət adından şübhəli zəng gəlibsə, qurumun rəsmi nömrəsini taparaq özünüz zəng edib məlumatı dəqiqləşdirin".
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu kimi hallarla bağlı daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən araşdırmalar aparılaraq həmin şəxslərin müəyyən olunması və barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilir:
"Bir daha vətəndaşlara itmiş və ya natamam məlumatlara görə çatdırıla bilməyən yük, yaxud bağlama olduğunu bildirən yanlış mesajlara və naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olmağı tövsiyə edirik. Mesajlardakı şübhəli linklərə keçid etməyin, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Belə hallarla rastlaşdıqda Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə və ya sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz".
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










