Oqtay Güləliyevlə bağlı hadisənin şahidi danışdı - ŞOK FAKTLAR - VİDEO

Oqtay Gülalıyevlə bağlı baş verən bədbəxt hadisənin ilk şahidi tanınmış jurnalist danışıb. Avtosfer.az xəbər verir ki, hadisənin şahidlərindən biri də «Gündəm-Xəbər» qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərlidir.
- «Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, «asta sürətlə gəlirdim, tini dönəndə oldu». Oqtay bəyin qollarına baxdım ki, görüm sınıq-filan varmı? Oqtay bəy ayılıb soruşdu ki, «Şirin, mənə nə olub?». Dedim, «heç nə, yıxılmısan, Allah eləsin, sınıq-filan olmasın». Qolunu rahat tərpətdi, baxdım ki, heç nə yoxdur. Ayağa qalxdı, bir az orada dayandıq, söhbət elədik, soruşdum ki, özünü necə hiss eləyirsən? Dedi ki, «yaxşıyam, amma başım ağrıyır»..
Ş.Cəfərli hüquq müdafiəçisinin xəstəxanaya gec çatdırılması barədə sosial şəbəkələrdə yayılan iddialarla razılaşmır. Deyir ki, qəsdən gecikdirilmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, qəzanı törədən sürücü hüquq müdafiəçisini öz avtomobilində aparıb, o da kafedəki başqa dostlarla birlikdə öz maşınında gedib. Ş.Cəfərlinin dediyinə görə, xəstəxanaya çatanda hüquq müdafiəçisi özü maşından düşüb, öncə bir otağa, oradan da Kompüter tomoqrafiya kabinetinə gedib, yenidən əvvəlki otağa qayıdıb.
Həkim ona uzanmağı tövsiyə edib. Deyib ki, başında çat yaranıb: «Dedi ki, həmin yerdə qansızma ola bilər. Soruşdum ki, evə apara bilərik? Bildirdi ki, xəstəxanada həkim nəzarətində olsa, yaxşıdır, 3-4 saatdan sonra yenidən müayinə olunmalıdır, qansızma baş versə, tədbir görülməlidir. Əli Kərimli gələndə o da həkimlə danışdı. Həkim ona da söz verdi ki, arxayın ola bilərsiz, lazım olan bütün tədbirlər görüləcək». Sonradan onu «City Hospital»a aparmaq fikri yarandı. Bu fikirdə olanlar çox oldu və apardılar. Düşünürəm ki, orada əməliyyatı gecikdiriblər».
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










