Ötən gün Bakıda qəzaya düşən avtobusda xəsarət almış 82 yaşlı kişi öldü

Bakıda avtobus qəzası nəticəsində xəsarət alan sərnişin dünyasını dəyişib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olan 149 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişin, Lökbatan qəsəbə sakini, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. M. Rəsulov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 23-də Bakının Qaradağ rayonunda 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Hadisə nəticəsində Lökbatan qəsəbə sakini, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











