Banner

Ötən gün baş verən yol qəzalarında – 2 ölü

Gündəm 10 Sentyabr 2019 10:10 Oxunub 732
Ötən gün baş verən yol qəzalarında – 2 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 9-da ölkədə törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalıb 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh