Ötən gün baş verən yol qəzalarında – 3 ölü, 2 yaralı

İyulun 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 18 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Namiq
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO










