Ötən gün baş verən yol qəzalarında – 4 nəfər ölüb - VİDEO

Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. Belə ki, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini Təbriz Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Binəqədi rayonunda qeydə alınan daha bir yol nəqliyyat hadisəsi zamanı da piyada dünyasını dəyişib. Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan Adil Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Baş vermiş hər iki qəza ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
Dekabrın 10-da daha bir ağır yol nəqliyyat hadisəsi saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Hadisə zamanı qəsəbə sakini Ağarəfi Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib. Qəza ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Emin
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












