Ötən il 10 polis işdən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il ərzində daxili işlər orqanlarında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı statistik məlumatları açıqlayıb. Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ötən il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15 715 əməkdaşı mükafatlandırılıb. Daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtlarda nizam-intizam qaydalarının, həmçinin, qanunçuluğun tələblərinin pozulması hallarına yol verdiklərinə görə 5103 nəfər əməkdaş cəzalandırılıb. 2018-ci ildə daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınıb, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub. O cümlədən, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 27 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub. Ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











