Özəlləşdirmə çekləri ilə bağlı qərar verildi

Bakı İnzibati Məhkəməsində bir qrup şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmayıb.
Avtosfer.az xəbər verir ki, dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.
Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmayıb, bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilir ki, 1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












