Özlərini məmur kimi təqdim edən dələduzlar peyda olub - XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin fəaliyyəti barədə yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az-ın "Ölkə.az"a istinadən məlumatına görə, F.Talıbov bildirib ki, hələ cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edilməsi qeyd edilib. "Məktubda yoxlama həyata keçirən şəxslərin özlərini Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları bildirilib. Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin “Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib. Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna təqdim olunub".
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












