Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb

Pakistanın sərnişin qatarında 73 nəfərin həlak olması ilə nəticələnən yanğın qaz balonunun partlayışı nəticəsində baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Pakistanın Dəmiryol Nəqliyyatının operatoru tərəfindən keçirilmiş araşdırmanın nəticələri göstərir. "Müəyyən edilib ki, yanğın qatarın bəzi "ekonom klass" sərnişinləri üçün səhər yeməyi hazırlamağa başlayarkən baş verib", - deyə "Pakistan dəmir yolları"nın icraçı direktoru Aycaz Əhməd Buriro bildirib. "Hadisə haqqında ilkin hesabat şənbə günü alınıb, araşdırmanın ətraflı nəticələri noyabrın 20-də hazırlanacaq", - Buriro əlavə edib.
Qeyd edək ki, oktyabrın 31-də Karaçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən sərnişin qatarında qaz balonunun partlayışı nəticəsində güclü yanğın baş verib. Məlumatlara görə, hadisə nəticəsində 73-dən çox insan həlak olub, 40-dan sərnişin yaralanıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












