Parad üçün hazırlanmış avtomobil KİV nümayəndələrinə təqdim olunub

Məxsusi olaraq İmperator paradı üçün hazırlanmış avtomobil kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim olunub. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, oktyabrın 22-də İmperator Naruhitonun taxta çıxma mərasimindən sonra təşkil ediləcək parad üçün nəzərdə tutulan avtomobil "Toyota" şirkəti tərəfindən "Century" sedanının bazasında yığılıb. Onun uzunluğu təqribən 5 metr, eni isə 2 metrə yaxındır.
Avtomobilin arxa oturacağı ön oturacaqdan 4 santimetr yuxarıdır, arxa söykənəcəyi isə 25 dərəcə mailidir. Bildirilir ki, bu, tamaşaçıların İmperator cütlüyünü daha rahat seyr etmələri məqsədinə xidmət edir. Bundan əlavə, avtomobil digərləri ilə müqayisədə bir neçə qat artıq rənglənib ki, bu da ona daha çox parlaqlıq verəcək. Avtomobilin kuzovunu möhkəmləndirmək üçün onun dibinə və digər hissələrinə gücləndirici elementlər əlavə edilib.
Hazırda avtomobil sürücünün hazırlığı üçün istifadə edilir. Onun tamaşaçılar qarşısında ilk dəfə oktyabrın 22-də nümayiş olunacağı bildirilir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












