Parisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər" hərəkatı tərəfdarlarının planlaşdırdığı aksiyaya görə səhər saatlarında 29 metro, 5 qatar (RER) stansiyası bağlı qalıb.
"Report"un Fransa bürosu xəbər verir ki, Paris prefekturasının sərəncamına əsasən paytaxtda 29 metro, 5 qatar (RER) stansiyası bu saatlara qədər qapılarını sərnişinlərin üzünə açmayıb.
"Sarı jiletlilər"in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində dünən və bu gün etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlı olub. Dünən keçirilən aksiyalar zamanı Parisdə polislərlə aksiya iştirakçıları arasında qarşıdurma baş verib, zorakılıqlar qeydə alınıb, ticarət obyektlərinə, avtomobillərə, ictimai məntəqələrə, küçələrə ciddi zərər yetirilib. Polis maşınları aşırılıb, heykəllər sındırılıb.
Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara "sarı jiletlilər" hərəkatı adı verilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











