Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO

Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə sürücü Zəfər Məmmədov deyib. Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir. Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir. Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib. Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var. Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










