Banner

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı

Gündəm 16 Oktyabr 2026 15:44
Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
WhatsApp kanalımıza abunə olun

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

Avtosfer.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib.

"Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam", – deyə Ermənistanın baş naziri bildirib.

O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb.

Paşinyan sərhədlərin delimitasiyasını və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan çıxarılmasını da gündəlikdəki prioritet məsələlər sırasına daxil edib/demokrat.az

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh