Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Avtosfer.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Paşinyan Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.
"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bugünü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, sülhün bərqərar olması üçün əsas 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdiyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.
Baş nazir qeyd edib ki, 2024-cü ildə ölkələr sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyət reqlamentini imzalayıb və ratifikasiya ediblər. Sənəd 1991-ci il Alma-Ata bəyannaməsini bu prosesin əsas prinsipi kimi təsbit edib.
"Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton sülh sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə təsbit edilib", - o əlavə edib.
Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi irəliləyiş adlandırıb. (report)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












