Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ

Ermənistan və Azərbaycanın qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin yenidən gündəmə gətirilməsi ilə bağlı Paşinyanın İsrailə etiraz etməsi diqqət çəkib. Xüsusilə də İsrailin uzun müddətdən sonra bu mövzunu yenidən siyasi müzakirəyə çıxarmasının arxasında hansı səbəblərin dayandığı, bunun Türkiyə ilə münasibətlərə, eləcə də regiondakı normallaşma prosesinə mümkün təsirləri maraq doğurur.
Avtosfer.az xəbər verir ki, Ermənistan və Azərbaycan ''erməni soyqırımı''nın tanınması məsələsinə görə İsrailə etiraz edib. Paşinyan bəyanatlarında bu tanınma məsələsinin Ermənistan üçün əhəmiyyətsiz olduğunu bildirib. Bəs Paşinyan niyə bu gün Azərbaycan və Türkiyə ilə eyni mövqedən çıxış edir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az- a açıqlamasında bildirib ki, burada əsas məqsəd bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir:

“İsrail ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi fonunda İsrail müəyyən mənada bununla Türkiyəyə siyasi mesaj verməyə çalışır. Ancaq bu, olduqca yanlış siyasətdir. Birinci növbədə, bu siyasət Ermənistanda mövcud hakimiyyətə zərər vurur. Açıq şəkildə görünür ki, Paşinyan hakimiyyəti qondarma "erməni soyqırımı" məsələsinin yenidən gündəmə gətirilməsində maraqlı deyil. Çünki onlar həm bu müzakirələrin arxa plana keçməsini istəyirlər, həm də yaxşı anlayırlar ki, Ermənistanın regional normallaşma prosesi baxımından bu mövzu arxivə qapanmalıdır.
Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətinin ifadə olunduğu bir dövrdə bu cür bəyanatların və qərarların qəbul edilməsi istər-istəməz Ermənistanda da narahatlıq yaradır".
Politoloq qeyd edib ki, İsrailin bu davranışı müəyyən dərəcədə Azərbaycan–İsrail münasibətlərinə də təsir göstərə bilər:
“İsrail tərəfi belə bir məsələ səbəbindən iki ölkə arasındakı normal münasibətlərin pozulmasına yol vermək istəməz. Bu təşəbbüs Knessetdən, yəni parlamentdən keçməyəcək və qanun qəbul olunmayacaq. Lakin əgər belə bir qərar qəbul olunarsa, bu, həqiqətən də üzücü hadisə olar. Çünki müəyyən qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycan–İsrail münasibətlərinə mənfi təsir göstərə biləcək bir prosesin üzərində işlənildiyi görüntüsü yaranar. Ermənistan tərəfinin bu istiqamətdə fərqli mövqe ortaya qoyması isə, əslində, Azərbaycan–Ermənistan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesinin baltalanmaması məqsədilə atılmış addım kimi qiymətləndirilə bilər".
Fatimə Dadaşova
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH










