Paşinyan metroda mübahisə etdiyi qadından üzr istədi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan metroda mübahisə etdiyi qadından və onun oğlundan üzr istəyib.
Avtosfer.az xəbər verir ki, Paşinyan üzrünü Facebook səhifəsində canlı yayımda istəyib.
Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO
"Formada və məzmunda deyilməmiş şeylərə görə üzr istəyirəm. Hörmətli Mosiyan xanım, baş verənlərə görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, metroda və ya başqa yerdə yenidən görüşmək və sakit söhbət etmək imkanı olacaq. Bu söhbətin baş tutmasını istərdim. Bilirəm ki, imtina edəcəksiniz və bir neçə sərt söz əlavə edəcəksiniz - bunu təvazökarlıqla qəbul edirəm. Bəzi şeyləri uyğunsuz jestlərlə və səhv tonda dediyimi qəbul edirəm", - hökumət başçısı bildirib.
Xatırladaq ki, Nikol Paşinyan İrəvan metrosunda olarkən, Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib.
Qadın onu ermənilərin Qarabağdan köçməsinin qarşısını almamaqda ittiham edib.
Paşinyan isə qadına belə cavab verib:
"Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə məni insanların Qarabağdan Ermənistana getməməsi üçün sərhədləri bağlamaqda günahlandıran siz idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".
Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız?
Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












