Paşinyan sərhədi keçən əsgərimizə görə onu işdən qovdu

Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevin Ermənistan sərhədini keçməsi və sərhəddən yalnız 20 km-liyində yerləşən Şəki kəndində saxlanılması Ermənistanda müzakirələr doğurub.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti sərhədlərin yüksək səviyyədə qorunmadığı, hətta sərhədi keçə bilən şəxsin ölkənin dərinliklərinə qədər irəlilədiyi, aidiyyəti qurumların isə yalnız bir evə girdikdən sonra onun barəsində xəbər tutmasına görə tənqid edilir.
Bu tənqidlər və müzakirələr fonunda bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini David Sanamyanı vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, Nəsimi Musayev saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












