Paşinyan "Tramp Marşrutu"nun icra mərhələsindən danışıb, layihənin detallarını açıqlayıb

“Ermənistan və ABŞ hər iki tərəfin hər hansı formatda qəbul etməli olduğu “Tramp Marşrutu” layihəsinin strateji çərçivəsini təsvir edən sənəd hazırlayır, bundan sonra növbəti mərhələ başlayacaq. Mənim proqnozum dəyişməz qalır: “Tramp Marşrutu" layihəsi üzrə işlər 2026-cı ilin ikinci yarısında başlayacaq”.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Baş nazir hesab edir ki, “Tramp Marşrutu” layihəsi çərçivəsində ilk işlər dəmir yolunun tikintisi olacaq: “Güman edirəm ki, dəmir yolu ilk layihə olacaq, baxmayaraq ki, iqtisadi məqsədəuyğunluq və investisiya cəlbediciliyinin bir qədər aydınlaşacağını və qaz və ya neft kəməri layihəsinin daha əvvəl həyata keçirilməli olduğunu istisna etmirəm. Mən heç bir eyham vurmuram, amma demək istəyirəm ki, proses dinamikdir və ola bilər ki, hansısa şəraitə görə neft və ya qaz kəmərinə ehtiyac daha da prioritetləşsin. Ancaq bu anda, fikrimizcə, dəmir yolu prioritetdir. Dəmir yolunun özəlliyi ondan ibarətdir ki, onun marşrutu aydındır, çünki dəmir yolu bu hissədə artıq mövcud idi”.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan hökuməti təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, həm də Ermənistan-Gürcüstan, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində tətbiq ediləcək müasir sərhəd və gömrük infrastrukturunun qabaqcıl avadanlıqlarının alınması üzərində işləyir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












