Paşinyan Yevlax və Sumqayıtdan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən seçiləcəyi halda Qərbi azərbaycanlıların bu ölkəyə qayıdışının təmin olunacağı ilə bağlı iddiaları təkzib edib. Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya istinadla xəbər verir ki, baş nazir bunu jurnalistlərə açıqlamasında deyib.
Paşinyan “Güclü Ermənistan” alyansının rəhbəri Samvel Karapetyanın mövzu ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib:
“Ermənistan hakimiyyəti belə bir öhdəlik götürməyib və bu iddialar yalandır”.
Baş nazirə “Hakimiyyətiniz dövründə Ermənistanda azərbaycanlıların məskunlaşdırılmayacağına zəmanət verirsinizmi” sualı da ünvanlanıb.
Paşinyan cavabında bildirib:
“Bəli, zəmanət verirəm. Qarabağ məsələsi bağlanıb və artıq davam etməyəcək. Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə, Yevlaxa və digər yerlərə dönüş məsələsi gündəmdə olmayacaq. Bu məsələ münaqişə mövzusudur, sülh deyil. Bu qədər aydındır”.
Qeyd edək ki, bundan əvvəl “Güclü Ermənistan” blokunun üzvləri “Hazırkı hökumət azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı öhdəliklər götürüb”, demişdi.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












