Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi - FOTO

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Azərbaycanın hər yerində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunub. Aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəkər və Qaradağ Rayon İcra Hakimiyyətilərinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 2000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkiblər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng ediblər.
Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqaməlrndən biri olaraq ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.
Gün ərzində bu aksiya paytaxtın bütün rayonlarında davam edib.
Fidan
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
















