Paytaxt yollarının su altında qalmaması üçün hansı işlər görülməlidir? – Ekspertlər AÇIQLADI

Dünəndən etibarən paytaxtda yağışlı hava müşahidə olunur. Yağışın yağması Bakıda şəhər infrastrukturuna və hərəkətə birbaşa təsir edir. Yollarda su yığılır, palçıq və sel binaların, parkların və ictimai yerlərin istifadəsini çətinləşdirir. Nəqliyyat sahəsində isə sürücülər üçün əlavə təhlükə yaranır, hərəkət ləngiyir, tıxaclar artır və ictimai nəqliyyat gecikir. Beləliklə, yağış yalnız təbiət hadisəsi deyil, həm də şəhər həyatında ciddi çətinliklər yaradan faktordur. Bəs görəsən şəhərsalma baxımından bu cür vəziyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə əlaqədar memar Elçin Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərsalma istiqamətində bir çox işlər vaxtında görülməyib:
“Güclü yağışlara qarşı şəhərsalma tədbirləri mühəndislik, planlaşdırma və ekoloji yanaşmaların birləşməsindən ibarət olmalıdır. Məqsəd şəhərdə daşqın, suyun yığılması və yağış nəticəsində infrastrukturun zədələnməsi riskini azaltmaqdır. Ümumiyyətlə, bir neçə istiqamətdə işlər aparılmalıdır. Məsələn, mütləq drenaj sistemi və suyun axıdılması təmin olunmalıdır. Təəssüf ki, yağış sularının yığılması və küçələrdən kənarlaşdırılması son 10–15 ildə şəhərin mərkəzində və ümumilikdə yeni yollar çəkilərkən tam şəkildə nəzərdə tutulmayıb. Nəticədə bəzi yollarda drenaj sistemi olmad ığı üçün su altında qalır. Bundan əlavə, torpaq planlaşdırılması, zonalaşma, bina hündürlüyünün planlaşdırılması və daşqın koridorlarının təmin olunması vacibdir. Eyni zamanda yaşıllaşdırma və təbii tədbirlər görülməlidir. Məsələn, yaxşı yaşıllaşdırma yağış suyunun qarşısını almağa kömək edir.
Elçin Əliyevin sözlərinə görə, binaların ön tərəfi bir neçə santimetr yüksəldilməli, zirzəmiyə suyun keçməməsi üçün tədbirlər görülməli, kanalizasiya və su xətlərində əks axının qarşısı alınmalıdır:
“Təəssüf ki, bu tədbirlər vaxtında görülməyib. Məsələn, aşağı sahələrdə və təbii su axını olan yerlərdə tikinti aparılmamalıdır. Əks halda, suyun təbii axını pozulur. Bakının ətrafında bu sahələrdə, icazə verildi- verilmədi, faktiki olaraq, villalar və binalar tikilir. Suyun yüksəlməsi və daşqın ehtimalı nəzərə alınmır”.
Eyni zamanda sosial həyat da bu şəraitdən təsirlənir. İnsanlar gündəlik iş və təhsil fəaliyyətlərini icra etməkdə çətinlik çəkir, açıq havada fəaliyyətlər məhdudlaşır.

Sosioloq Rəvan Əliyevin fikrincə, sakinlər yağışı görən kimi havanı deyil, şəhərdə nə baş verəcəyini düşünür:
“İnsanların gündəlik həyatı iflic olur. İctimai nəqliyyat tıxacda gözləməli olur, küçələrdə maşınlar sıradan çıxır, və s. Bu, artıq sosial narazılıq yox, kütləvi sosial əsəb və psixoloji yorğunluq yaradır. Doğrudur, hazırda paytaxtın bir çox hissəsində drenaj infrastrukturu yenilənir və bu işlərin mərhələli şəkildə davam etdirilməsi şəhərin gələcəkdə belə çətin hava sınaqlarına daha dayanıqlı olacağını göstərir. Lakin problemlərin aradan qaldırılması üçün atılan addımlar sürətlənməlidir. Gecikən hər proses ümumi inkişafa, insanların davranışlarına, həyatına təsirsiz ötüşmür. Ən narahatedici məqamlardan biri isə odur ki, yağışlı günlərdə yaranan çətinliklər bəzi insanlarda “şəhərin vəziyyəti dəyişməyəcək” kimi pessimist fikirlərin formalaşmasına səbəb ola bilər. Belə yanaşmalar isə ümumi sosial ruh yüksəkliyinə təsir edir, insanları daha passiv edir. Bu cür düşüncənin yayılması arzuolunan deyil, çünki şəhərin inkişafı həm infrastruktur layihələrindən, həm də cəmiyyətin öz pozitiv münasibətindən asılıdır”.
Nurcan Babək
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO











