“Paytaxtda azyaşlının oğurlanaraq saxlanılması iddiaları həqiqəti əks etdirmir”

Bakı şəhərində naməlum şəxslər tərəfindən azyaşlının oğurlanaraq saxlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov xəbərsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. "Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə bağlı polisi məlumatlandırmaqla övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddialar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib. Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib.
Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir", - deyə bildirilib.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










